Bütün xəbərlər
"Bild": Almaniya mart ayından bəri İsrailə silah vermir
Tarix: 13-10-2024 21:06 | Bölmə: Manşet

"Bild" öz mənbələrinə istinadən yazır ki, mart ayından Berlin yaşıl nazirlərin - İqtisadiyyat Nazirliyinin rəhbərləri Robert Habek və Xarici İşlər Nazirliyinin rəhbərləri Annalena Berbokun prinsipial mövqeyinə görə İsraili silah və ehtiyat hissələri ilə təmin etmir.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, nəşrin yazdığına görə, yaşıl nazirlər İsrailə silah tədarükünü bilərəkdən əngəlləyiblər. Habek və Berbok yəhudi dövlətindən İsrailin alman silahlarından “soyqırım üçün” istifadə etmək niyyətində olmadığına zəmanət verəcək rəsmi məktub tələb etdilər. Sonda Berlin müvafiq məktub istədi.
"Bild" mənbələri bu tələbi absurd hesab edib, lakin yəhudi dövləti buna baxmayaraq, cümə axşamı günü müvafiq təminat verib. Bundan sonra Almaniya kansleri Olaf Şolts Bundestaqda İsrailə silah tədarükünün davam etdiriləcəyini açıqlayıb.
Şolts cümə axşamı parlamentin aşağı palatasındakı çıxışı zamanı dedi: "Hökumətdə biz mümkün qədər tez yeni təchizat təmin etmək üçün qərarlar qəbul etdik".
Bu arada İDF aviasiya və artilleriya vasitələrinin köməyi ilə Livanın cənub və şərq bölgələrində məskunlaşan ərazilərə güclü hücumlar təşkil edir.



Baxış sayı: 139


Bölməyə aid digər xəbərlər