Bütün xəbərlər
Orban: "Avropa Komissiyası Macarıstanda çevriliş etmək istəyir"
Tarix: 11-10-2024 19:18 | Bölmə: Manşet

Avropa Komissiyası və Avropa Xalq Partiyasının rəhbərliyi Macarıstan hökumətini devirmək və Aİ-nin istənilən tələbini yerinə yetirməyə hazır olan öz adamlarını rəhbər vəzifələrə təyin etmək istərdi, Macarıstanın baş naziri Viktor Orban bildirib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, hökumət başçısının əlavə etdiyinə görə, bu, Macarıstanın müstəqil siyasətini itirməsinə gətirib çıxaracaq.
Bundan əvvəl Macarıstanın xarici işlər naziri Peter Sijarto Rusiyaya səfərləri ilə əlaqədar Avropa İttifaqının təzyiqlərindən qorxmadığını bildirmişdi.
Diplomat izah edib ki, xarici siyasət suverenliyin bir hissəsidir, ona görə də Budapeşt heç kimə öz müstəqilliyini məhdudlaşdırmağa imkan verməyəcək.



Baxış sayı: 151


Bölməyə aid digər xəbərlər