Bütün xəbərlər
Putin: "Rusiya Federasiyası yeni dünya düzəninin qurulması məsələsində dialoqa hazırdır"
Tarix: 11-10-2024 10:35 | Bölmə: Manşet

Rusiya prezidenti Vladimir Putin Türkmənistanda keçirilən “Zamanların və sivilizasiyaların əlaqələri” beynəlxalq forumunda açılış nitqi söyləyib.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Onun qeyd etdiyinə görə , Rusiya yeni dünya düzəninin qurulması məsələsində dialoqa hazırdır.
Dövlət başçısının sözlərinə görə, yeni dünya düzəninin formalaşması prosesi artıq geridönməzdir.
Vladimir Putin həmçinin aydınlaşdırıb ki, Rusiya beynəlxalq arenada bütün tərəfdaşları ilə gələcək dünya nizamı ilə bağlı ünsiyyətə hazırdır.
Rusiya lideri qeyd edib ki, bütün dövlətlər bir-birinin fikirlərini eşitmək və nəzərə almaq, müxtəlif xalqlara və onların suverenliyinə hörmətlə yanaşmağı bacarsa, ümumbəşəri sülhə, bütün dünya xalqlarının inkişafı və firavanlığına nail olmaq olar.


Baxış sayı: 97


Bölməyə aid digər xəbərlər