Bütün xəbərlər
UEFA Millətlər Liqasında Fransa İsraili məğlub edib
Tarix: 11-10-2024 10:09 | Bölmə: Manşet

Fransa millisi UEFA Millətlər Liqasının qrup mərhələsində İsrail yığmasını 4:1 hesabı ilə məğlub edib. Görüş Bupapeştdə baş tutub.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, qaliblər qolları Eduardo Kamavinqa (7-ci dəqiqə), Kristofer Nkunku (28), Teo Hernandes (87) və Bredli Barkola (89), İsrail isə yeganə qolu Omri Qadelmandan (24) vurub.
Turnirin üç oyunundan sonra Fransa A Liqasının 2-ci qrupunda altı xalla ikinci, İtaliya dördlükdə lider (7 xal), Belçika üçüncü (4), İsrail isə dördüncü yerdədir(0).



Baxış sayı: 148


Bölməyə aid digər xəbərlər