Bütün xəbərlər
Berdiməhəmmədov Aşqabadda Putinlə görüşüb
Tarix: 11-10-2024 10:05 | Bölmə: Manşet

Rusiya prezidenti Vladimir Putin Türkmənistanın paytaxtı Aşqabadda keçirilən “Zamanların və sivilizasiyaların əlaqələri” beynəlxalq forumunun keçirildiyi əraziyə gəlib.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Kremlin məlumatına görə, Rusiya liderini Türkmənistanın rəhbəri Serdar Berdiməhəmmədov qarşılayıb.
“Zamanların və sivilizasiyaların qarşılıqlı əlaqəsi – sülh və inkişafın əsası” adlı forum çərçivəsində Putin, xüsusən də iranlı həmkarı Məsud Pezeşkian və digər xarici ölkə liderləri ilə görüşməyi planlaşdırır. Tədbir Türkmənistanın Ticarət və Sənaye Palatasının binasında keçirilir.
Bundan əvvəl Ukrayna Xarici İşlər Nazirliyi Türkmənistanı Rusiya prezidentini bu ölkəyə səfəri zamanı həbs etməyə çağırmışdı.


Baxış sayı: 90


Bölməyə aid digər xəbərlər