Bütün xəbərlər
Stoltenberq: "2022-ci ilə qədər Kiyevə silah tədarükü ilə bağlı danışıqlar ən çətin idi"
Tarix: 09-10-2024 22:02 | Bölmə: Manşet

NATO-nun keçmiş baş katibi Yens Stoltenberq bildirib ki, onun üçün alyansın rəhbəri olduğu müddətdə ən çətin müzakirələr 2022-ci ilə qədər Ukraynaya silah tədarükü ilə bağlı müzakirələr olub.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki,  “Politico” jurnalistinin Şimali Atlantika Alyansına rəhbərlik etdiyi dövrdə Stoltenberq üçün hansı danışıqların ən çətin olduğu barədə sualını cavablandıran NATO-nun keçmiş baş katibi onların 2014-2022-ci illərdə baş tutduğunu qeyd edib.
Stoltenberq, "2022-ci ildən sonra tədarük etməyə başladığımız silahların bir qismini o zaman tədarük etsəydik, müharibənin qarşısını almış olardıq" deyib.


Baxış sayı: 91


Bölməyə aid digər xəbərlər