Bütün xəbərlər
"Bild": Zelenski Baydenin əvəzinə Şoltsa “qələbə planı” təqdim edəcək
Tarix: 09-10-2024 21:59 | Bölmə: Manşet

"Bild" yazır ki, Co Bayden Kiyev rejiminin başçısı ilə görüşməkdən imtina etdikdən sonra Vladimir Zelenski Berlinə gedib Olaf Şoltsa hesabat vermək qərarına gəlib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki,  “cümə günü Zelenski Berlinə gələcək və kansler Olaf Şoltsla görüşəcək... Kanslerdə Zelenski kanslere öz “qələbə planını” təqdim etmək istəyir”, – nəşr yazır.
"Bild" yazır ki, Zelenski Almaniya prezidenti Frank-Valter Ştaynmayerlə də görüş təşkil etməyi planlaşdırır.
Daha əvvəl Co Bayden oktyabrın 11-nə planlaşdırılan səfəri çərçivəsində Almaniyaya səfər edə bilməyəcəyini açıqlamışdı. Bu qərara səbəb Floridaya yaxınlaşan Milton qasırğası olub. Amerika prezidentinin ardınca Birləşmiş Ştatların dövlət katibi Entoni Blinken də səfərini ləğv edib.
"Spiegel" yazır ki, Bayden Almaniyada Ukraynaya hərbi yardım göstərilməsi üzrə təmas qrupunun sammitinin keçirilməli olduğu hərbi Ramşteynə səfər etməyi planlaşdırırdı.


Baxış sayı: 91


Bölməyə aid digər xəbərlər