Bütün xəbərlər
Uşakov: "Putin oktyabrın 11-də Türkmənistanda İran prezidenti ilə görüşəcək"
Tarix: 07-10-2024 21:54 | Bölmə: Manşet

Rusiya prezidenti Vladimir Putin cümə günü, oktyabrın 11-də Türkmənistana işgüzar səfər edəcək və burada Rusiya dövlət başçısı ilə iranlı həmkarı Məsud Pezeşkian arasında da danışıqlar aparılacaq.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə Rusiya liderinin köməkçisi Yuri Uşakov məlumat verib.
O, aydınlaşdırıb ki, Putin oktyabrın 11-də Aşqabada işgüzar səfər edəcək və “Zamanlar və sivilizasiyalar münasibətləri – sülh və inkişafın əsası” forumunda iştirak edəcək. Uşakovun sözlərinə görə, tədbirə Qazaxıstan, Qırğızıstan, Monqolustan, Tacikistan və Özbəkistanın rəhbərləri də dəvət olunub.
Bundan əlavə, Kreml nümayəndəsinin dediyi kimi, Rusiya lideri Türkmənistana səfəri zamanı İran prezidenti ilə görüşəcək. Uşakovun sözlərinə görə, Moskva belə bir görüşlə bağlı “artıq razılaşıb”. “Bu görüş həm ikitərəfli məsələlərin müzakirəsi, həm də təbii ki, Yaxın Şərqdə kəskin şəkildə gərginləşmiş vəziyyətin müzakirəsi baxımından böyük əhəmiyyət kəsb edir”, - deyə, o qeyd edib və əlavə edib ki, digər təmaslar da istisna deyil.



Baxış sayı: 241


Bölməyə aid digər xəbərlər