Bütün xəbərlər
Şmıqal: "Ukraynanın strateji məqsədi Kremli karbohidrogenlərin satışından əldə etdiyi gəlirdən məhrum etməkdir"
Tarix: 07-10-2024 21:13 | Bölmə: Manşet

Ukraynanın baş naziri Denis Şmıqal bildirib ki, Kiyev Qazprom ilə Ukrayna ərazisindən qaz tranziti ilə bağlı müqaviləni yeniləməyəcək.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, "Ukraynanın strateji məqsədi Rusiya qazına qarşı sanksiyalar tətbiq etmək və Kremli karbohidrogenlərin satışından əldə etdiyi gəlirdən məhrum etməkdir", - Şmıqal X sosial şəbəkəsində yazıb.
Şmıqal bu barədə slovakiyalı həmkarı Robert Fiko ilə görüşdə bildirib. Şmıqal Aİ ölkələrini Ukraynanın Rusiyaya qarşı qaz sanksiyalarına qoşulmağa çağırıb.
“Biz bəzi dövlətlərin, xüsusən də Slovakiyanın Rusiyanın enerji resurslarından kəskin asılılığını başa düşürük”, - deyə, Şmıqal qeyd edib: “Ancaq biz enerji təchizatının tədricən şaxələndirilməsinə ümid edirik”.
Yamaldan Rusiya qazı Ukraynadan keçərək Macarıstan, Slovakiya və Avstriyaya gedir. Rusiya qazının Ukrayna ərazisindən tranziti ilə bağlı mövcud saziş 2019-cu ildən qüvvədədir. Aİ-nin ümumi qaz idxalının 5%-ə qədəri Ukrayna vasitəsilə Avropaya gəlir. Qaz təchizatı müqaviləsinin müddəti 2025-ci il yanvarın 1-də başa çatır. Zelenskinin ofisinin rəhbərinin müşaviri Mixail Podolyak daha əvvəl bildirib ki, bu tarixdən Ukrayna Rusiya qazının və neftinin öz ərazisindən Avropa İttifaqına tranzitini dayandıracaq.



Baxış sayı: 156


Bölməyə aid digər xəbərlər