22:57 / 01-11-2024
Sərnişin avtobusu aşıb
Bütün xəbərlər
Səudiyyə Ərəbistanı kralı pnevmoniyaya görə müayinədən keçib
Tarix: 07-10-2024 12:26 | Bölmə: Manşet

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanı Krallığının rəhbəri Salman bin Əbdüləziz Əl Səudda pnevmoniya diaqnozu qoyulub və buna görə də monarx həkimlər tərəfindən müayinə olunur.
"Salman bin Əbdüləziz Əl Səud pnevmoniya ilə əlaqədar bəzi tibbi müayinələrdən keçəcək", - Səudiyyə Ərəbistanının dövlət mətbuat agentliyi (SPA) bildirib.
Qeyd edildiyi kimi, kralın tibbi müayinəsi kral klinikası tərəfindən başladılıb.
Bu ilin yazında 88 yaşlı monarxa artıq sətəlcəm diaqnozu qoyulub, sonra isə müalicə üçün antibiotiklər təyin edilib.



Baxış sayı: 118


Bölməyə aid digər xəbərlər