Bütün xəbərlər
Rusiyanın Vaşinqtondakı səfiri Antonov fiziki xəsarətlə hədələndiyini bildirib
Tarix: 04-10-2024 10:08 | Bölmə: Manşet

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Rusiyanın ABŞ-dakı səfiri Anatoli Antonov jurnalistlərə açıqlamasında ABŞ-da fiziki təhdidlər aldığını bildirib.
“Burada işləmək getdikcə çətinləşir, bunu ölkə rəhbərliyinə qarşı təxribat xarakterli şüarlar və təhqirlər, o cümlədən diplomatlara və şəxsən səfirə fiziki zorakılıqla hədələmələr də təsdiq edir.
Rusiyalı diplomat qeyd edib ki, ABŞ üçün mühüm hadisəyə - noyabrın 5-də keçiriləcək prezident seçkilərinə yaxınlaşdıqca vəziyyət gərginləşir. O izah edib ki, “informasiya sahəsində vəziyyət getdikcə çətinləşir” və rusiyalı jurnalistlərə qarşı getdikcə daha çox məhdudiyyətlər tətbiq olunur. Onun sözlərinə görə, minlərlə, hətta on minlərlə sanksiyalar var və onlar hər hansı səbəbdən tətbiq edilir.
“Üstəlik, bizə qarşı təbliğat ittihamları sabun köpüyü kimi partlasa, sanksiyalar götürülməyəcək”, - Rusiyanın Vaşinqtondakı diplomatik missiyasının rəhbəri vurğulayıb.
O, 2016-cı ildə Rusiyanın Donald Trampla sövdələşmədə ittiham edildiyi vəziyyəti xatırladıb.
“Bu çirkinlik aradan qalxdı, amma sanksiyalar qalır”, - Antonov qeyd edib.
Səfir izah edib ki, eyni şey indi və təbii ki, yenə də heç bir sübut olmadan baş verir.



Baxış sayı: 152


Bölməyə aid digər xəbərlər