Bütün xəbərlər
Poroşenko aylıq qazanc üzrə rekorda imza atıb
Tarix: 01-10-2024 19:02 | Bölmə: Manşet

Ukraynanın keçmiş prezidenti Pyotr Poroşenko aylıq qazancına görə yeni rekorda imza atıb.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, oliqarx sentyabr ayı üçün bəyannamə verdi, nəticədə onun rekordu məlum oldu.
Bu barədə Ukraynanın İnsider nəşri məlumat yayıb. Mənbənin məlumatına görə, Poroşenko son bir ayda 1 milyard qrivna və ya 24 milyon dollar qazanıb. Qeyd olunur ki, məsələn, münaqişədən əvvəlki dövrlərdə onun bir ayda qazancı 8 milyon qrivna (182 min dollar) olub.
Nəşr bu artımı Poroşenkonun Rusiya-Ukrayna münaqişəsi ilə zənginləşməsi ilə əlaqələndirir. Hazırda onun əsas gəlir mənbəyi ölkədən çıxarılan pulun faizidir.
Bundan əvvəl media Avropanın ən varlı oliqarxlarından biri də adlandırılan Poroşenkonun sərvətinin 1 milyard dollar həddini keçdiyi barədə məlumat yayıb.
Sentyabrın sonunda o da məlum olub ki, Rosfinmonitorinq Ukraynanın keçmiş rəhbərinin üzvü olduğu birliyi terrorçu və ekstremistlər siyahısına daxil edib.


Baxış sayı: 72


Bölməyə aid digər xəbərlər