Bütün xəbərlər
"Əl Mayadeen": İsrailin Livandakı tibb mərkəzinə hücumu nəticəsində 8 nəfər həlak olub
Tarix: 01-10-2024 11:10 | Bölmə: Manşet

İsrailin Livanın Maşqara şəhərinə hücumu nəticəsində 8 nəfər həlak olub. Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə “Al Mayadeen” telekanalı məlumat yayıb.
Sentyabrın 30-da İsrail ordusu Livanın cənubunda şiə "Hizbullah" hərəkatının hədəflərini məhv etmək məqsədi daşıyan məhdud quru əməliyyatına başladığını elan edib.
"Al Mayadeen" telekanalının verdiyi məlumata görə, İsrail ordusunun şəhərin kənarında yerləşən tibb mərkəzinə hücumu hədəfə alınıb.
Əvvəllər Pentaqonun rəhbəri Lloyd Austin İDF-nin məhdud quru əməliyyatını dəstəkləyib.


Baxış sayı: 71


Bölməyə aid digər xəbərlər