Bütün xəbərlər
Mişustin Tehranda İran prezidenti ilə iri layihələri müzakirə edəcək
Tarix: 29-09-2024 20:41 | Bölmə: Manşet

Rusiyanın baş naziri Mixail Mişustin İrana səfər edəcək və burada İslam respublikasının rəhbərliyi ilə Moskva və Tehran arasında ikitərəfli əməkdaşlığın bütün spektrini müzakirə edəcək.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, sentyabrın 30-da gələcəyi Tehranda Mişustin İran prezidenti Məsud Pezeşkian və İranın birinci vitse-prezidenti Məhəmməd Rza Areflə danışıqlar aparacaq.
Səfər zamanı ticarət-iqtisadi, mədəni-humanitar sahələrdə Rusiya-İran əməkdaşlığının müzakirəsi planlaşdırılır.
Danışıqlar zamanı nəqliyyat, energetika, sənaye, kənd təsərrüfatı sahələrində birgə iri layihələrin həyata keçirilməsinə xüsusi diqqət yetiriləcək.


Baxış sayı: 101


Bölməyə aid digər xəbərlər