Bütün xəbərlər
İran "Hizbullah" lideri Nəsrullah üçün beş günlük matəm elan edib
Tarix: 28-09-2024 21:15 | Bölmə: Manşet

İran hökuməti İsrailin Beyruta hücumu nəticəsində həlak olan Livanın şiə "Hizbullah" təşkilatının baş katibi Həsən Nəsrullah üçün beş günlük matəm elan edib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, “bütün ölkədə ümummilli beş günlük matəm elan edilib”, - hökumətin mətbuat xidmətinin bəyanatında deyilir.
Mətndə həmçinin qeyd olunur ki, respublika hökuməti İsrailin “cinayətkar və qəddar hücumunu” pisləyir.
Bundan əvvəl Qalei İDF radiostansiyası şiə hərəkatının lideri Həsən Nəsrullahın ləğvi zamanı İDF hər birinin çəkisi bir ton olan 85 bomba atdığını bildirib.


Baxış sayı: 22


Bölməyə aid digər xəbərlər