Bütün xəbərlər
Lavrov: "Vaşinqton İsrailin Livana hücumlarından xəbərdar idi"
Tarix: 28-09-2024 21:12 | Bölmə: Manşet

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Nyu-Yorkda BMT Baş Assambleyasının 79-cu sessiyasının ümumi siyasi müzakirəsində çıxışı zamanı Vaşinqtonun ən azı İsrailin Livana hücumlarından xəbərdar olduğunu bildirib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, “Rusiya Federasiyası hesab edir ki, Vaşinqton heç olmasa İsrailin Livana son hücumlarından xəbərdar idi”.
Lavrov İsrailin hücumunu qeyri-insani adlandırıb. O, həmçinin Livanda peycerlərin bombalanması ilə bağlı araşdırma aparılmasını və fələstinlilərin Amerika silahları ilə öldürülməsinə son qoyulmasını istəyib.


Baxış sayı: 24


Bölməyə aid digər xəbərlər