Bütün xəbərlər
Tramp Zelenski ilə görüşdə Ukrayna münaqişəsinin həllini tapacağını deyib
Tarix: 27-09-2024 19:07 | Bölmə: Manşet

O, qalib gəlsə, ABŞ prezidentliyinə namizəd Donald Tramp dövlət başçısı vəzifəsinə başlamazdan əvvəl də Ukrayna münaqişəsinin yaxşı həllini tapa biləcək.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, siyasətçi bunu Ukrayna lideri Vladimir Zelenski ilə görüşündə deyib.
TASS agentliyi yazır ki, Trampın sözlərinə görə, onun həm Vladimir Putin, həm də Zelenski ilə yaxşı münasibətləri var.
"Düşünürəm ki, seçkiləri qazansam, prezident vəzifəyə başlamazdan əvvəl hər iki tərəfə uyğun bir həll tapa bilərik"-Tramp deyib.
Bundan əlavə, prezidentliyə namizəd Ukraynadakı münaqişənin həlli üçün ABŞ Demokrat Partiyası ilə əməkdaşlığa hazır olduğunu bildirib.
Bundan əvvəl amerikalı jurnalistlər Zelenskinin Trampla görüş üçün ABŞ-a səfərini xüsusi olaraq uzatdığını bildiriblər. Kiyev rejiminin rəhbəri xüsusi qeyd edib ki, şəxsi əlaqələr qurmaq və bir-birimizi 100% anlamaq vacibdir.


Baxış sayı: 40


Bölməyə aid digər xəbərlər