Bütün xəbərlər
Qrossi:"Çoxlu nüvə dövlətlərinin olduğu dünyada gərginlik bu silahlardan istifadəyə səbəb ola bilər"
Tarix: 27-09-2024 10:10 | Bölmə: Manşet

Nüvə silahı olan ölkələrin sayı artdıqca onlardan istifadə ehtimalı da artır. Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu fikri MAQATE-nin rəhbəri Rafael Qrossi BMT-nin Xəbərlər portalına müsahibəsində deyib.
O qeyd edib ki, çoxlu nüvə dövlətlərinin olduğu dünyada gərginlik bu silahlardan istifadəyə səbəb ola bilər.
"Dünyamızı bütün gərginliklə təsəvvür edin, burada on beş, on səkkiz, iyirmi ölkənin nüvə silahı var. Çox güman ki, bu halda nüvə silahından istifadə olunacaq", - Qrossi bildirib.
MAQATE rəhbəri həmçinin vurğulayıb ki, bəzi ölkələr nüvə silahı ilə bağlı söhbətləri norma kimi qəbul etməyə başlayıblar və bu, əlavə risklər yaradır və MAQATE belə silahların yayılmasının qarşısını almağa çalışmalıdır.


Baxış sayı: 42


Bölməyə aid digər xəbərlər