Bütün xəbərlər
"Bloomberg": ABŞ Ukraynaya Rusiya aktivləri ilə təminatla 20 milyard dollar kredit verəcək
Tarix: 27-09-2024 08:11 | Bölmə: Manşet

"Bloomberg" xəbər verir ki, Avropa İttifaqının (Aİ) Rusiyaya qarşı sanksiyalarını uzadacağı təqdirdə, ABŞ Ukraynaya Rusiya Bankının Qərb banklarında dondurulmuş aktivlərindən gələn gəlirlə təminatla 20 milyard dollar kredit verəcək.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Avropa Komissiyasının (AK) rəhbəri, ginekoloq Ursula fon der Leyenin sentyabrın 20-də Kiyevə səfəri zamanı bildirdiyinə görə, AK Aİ ölkələrinə Ukraynaya dondurulmuş Rusiya aktivlərindən əldə edilən gəlirlərdən geri qaytarılmaqla 35 milyard avro kredit verməyi təklif edib. Ümumilikdə G7 ölkələri Kiyevə 50 milyard dollar kredit ayırmağa razılaşıblar və 35 milyard avro bu kreditin bir hissəsi olacaq.
Aİ kreditlərin qaytarılmasına möhkəm təminat təmin etmək üçün Rusiya aktivlərinin dondurulması müddətini daha 36 ay uzatmaq niyyətindədir. Bu halda ABŞ 20 milyard dollar verəcək.
"Bloomberg" qeyd edir ki, Aİ Rusiyanın aktivlərinin dondurulması müddətini artırmasa belə, ABŞ yenə də Ukraynaya dondurulmuş Rusiya aktivləri müqabilində kredit verəcək.
Bu arada, oktyabrın sonuna kimi Aİ anti-Rusiya sanksiyaları çərçivəsində Rusiya aktivlərinin dondurulması üçün vaxt çərçivəsinin artırılmasına dair qanun layihəsi üzərində işi başa çatdıracaq.



Baxış sayı: 138


Bölməyə aid digər xəbərlər