Bütün xəbərlər
“Time”: Zelenski Trampla görüşün onun dəstəyi kimi görünəcəyindən qorxurdu
Tarix: 26-09-2024 21:52 | Bölmə: Manşet

“Time” yazır ki, Ukrayna prezidenti Vladimir Zelenskinin komandası Kiyev rejiminin başçısının Donald Trampla görüşünün respublikaçı namizədə dəstək kimi qiymətləndiriləcəyinə inanırdı.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, jurnalistin öyrəndiyinə görə, Tramp komandası danışıqları biznesmenin Mar-a-Laqo iqamətgahında aparmağı təklif edib, lakin Zelenskinin nümayəndələri neytral ərazidə – xüsusən də Amerika televiziya kanallarından birinə birgə müsahibə verməkdə israr ediblər.
Lakin Zelenskinin Pensilvaniyadakı sursat zavoduna səfərindən sonra danışıqlar pozulub. Ukrayna prezidentinin komandasının əməkdaşlarından birinin sözlərinə görə, “Tramp inciyib”.
Daha əvvəl Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev bildirib ki, Zelenski Pensilvaniyaya gedərkən Kamala Harrisin seçki kampaniyası ilə bərabər oynayıb.
Siyasətçi qeyd edib ki, Ağ Ev adətən kiminsə Amerika seçkilərinə müdaxilə etdiyini düşünəndə “donuz kimi qışqırır”. Ancaq bu dəfə susdu.


Baxış sayı: 27


Bölməyə aid digər xəbərlər