Bütün xəbərlər
Bayden Harrisə Trampı məğlub etmək üçün "özün ol" dedi
Tarix: 25-09-2024 22:02 | Bölmə: Manşet

ABŞ prezidenti Co Bayden "ABC News" telekanalına müsahibəsində deyib ki, demokrat namizədə ölkənin qarşıdan gələn prezident seçkilərində qalib gəlmək üçün “özü olmaq” tövsiyə edib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, aparıcı Baydendən Respublikaçı namizəd və Ağ Evin keçmiş rəhbəri Donald Trampı seçkidə məğlub etmək üçün Harrisin nə etməli olduğunu soruşdu və o, “özün ol” deyə, cavab verdi.
Bundan sonra o, Harrisin prokuror, ABŞ senatoru və onun administrasiyasında iş təcrübəsini xatırladıb. "Vitse-prezident kimi mən onun edə bilməyəcəyi bir iş görmədim" -Bayden deyib.
ABŞ-ın 46-cı prezidenti bu il prezidentlik yarışını tərk etmək qərarından danışaraq, liderliyi Amerika siyasətçilərinin yeni nəslinə ötürmək lazım olduğu üçün qərarı ilə razılaşdığını bildirib.
Eyni zamanda, Baydenin fikrincə, o, demokratların fiziki forması ilə bağlı narahatlıqlarına görə, iyulun ortalarında yenidən seçilmək cəhdindən əl çəkməsəydi, Trampı seçkidə məğlub edə bilərdi.
"Trampı məğlub edəcəyimə əmin idim. O, uduzandır", - Bayden deyib.
Noyabrın 5-də Demokratlar Partiyasından Kamala Harris və Respublikaçılar Partiyasından Donald Trampın iştirakı ilə yeni Amerika prezidentinin seçkiləri keçiriləcək.


Baxış sayı: 42


Bölməyə aid digər xəbərlər