Bütün xəbərlər
Məhkəmə Soçinin keçmiş meri Kopayqorodskini noyabr ayına qədər həbs edib
Tarix: 25-09-2024 19:37 | Bölmə: Manşet

Moskvanın Meşçanski Rayon Məhkəməsi Soçinin keçmiş meri Aleksey Kopayqorodskini istintaq təcridxanasına göndərib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Moskvanın ümumi yurisdiksiya məhkəmələrinin mətbuat xidməti bildirib ki, eks-məmur ən azı noyabrın 18-dək həbsdə qalacaq.
Kurort şəhərinin keçmiş rəhbəri mənimsəmədə ittiham olunur. O, Luqanskda saxlanılaraq Moskvaya aparılıb.
Kopayqorodski kriminal birliyin yaradılmasında və qəbiristanlıqlarda yerlərin satışında əli olduğu hesab olunur. Torpağın qiyməti 200 mindən 3 milyon rubla qədər dəyişirdi.


Baxış sayı: 42


Bölməyə aid digər xəbərlər