Bütün xəbərlər
Rusiya Xarici İşlər Nazirliyi: Lavrov və Vanq Yi Ukrayna böhranının həlli perspektivlərini müzakirə ediblər
Tarix: 25-09-2024 19:33 | Bölmə: Manşet

Rusiya və Çinin xarici işlər nazirləri Ukraynadakı münaqişənin həlli, eləcə də Asiya-Sakit okean regionunda və Tayvan ətrafında vəziyyəti gərginləşdirən Qərbə qarşı mübarizəni müzakirə ediblər.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Sergey Lavrov və Vanq Yi arasında görüş BMT Baş Assambleyası çərçivəsində baş tutub.
Diplomatlar həmçinin Kazanda keçiriləcək BRİKS sammitinə hazırlıq və Vladimir Putinlə Si Cinpinq arasında gələcək təmasları müzakirə ediblər.
“Tərəflər beynəlxalq vəziyyətdə artan turbulentlik fonunda Rusiya və Çin arasında siyasi dialoqun və praktiki qarşılıqlı fəaliyyətin inkişafını yüksək qiymətləndiriblər”, - Rusiya XİN-in bəyanatında deyilir.
Bundan əlavə, Lavrov və Vanq Yi Qərbin tətbiq etdiyi sanksiyaları qəbuledilməz adlandırıblar.


Baxış sayı: 42


Bölməyə aid digər xəbərlər