Bütün xəbərlər
Putin Türkiyə parlamentinin sədrini Kremldə qəbul edib
Tarix: 25-09-2024 19:13 | Bölmə: Manşet

Rusiya prezidenti Vladimir Putin Kremldə Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuş ilə görüşüb.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bundan əvvəl Türkiyə parlamentinin sədri Dövlət Dumasının sədri Vyaçeslav Volodinlə görüşüb. Tərəflər ikitərəfli əməkdaşlığın genişləndirilməsi və iki ölkə prezidentləri tərəfindən qəbul edilən qərarların qanunvericiliklə təminatı məsələlərini müzakirə ediblər. Volodin türkiyəli deputata Moskvanın görməli yerlərini göstərib.
Bir gün əvvəl Kurtulmuşla Federasiya Şurasının rəhbəri Valentina Matvienko arasında danışıqlar olub. Bundan əlavə, Türkiyə Böyük Millət Məclisinin sədri Moskvadakı Diplomatik Akademiyada çıxış edib.


Baxış sayı: 43


Bölməyə aid digər xəbərlər