Bütün xəbərlər
USADA-nın baş direktoru bildirib ki, Dostluq Oyunları iştirakçıları Olimpiadaya buraxılmayacaq
Tarix: 25-09-2024 11:08 | Bölmə: Manşet

Prankerlər Vovan və Lexus ABŞ Antidopinq Agentliyinin baş direktoru ilə danışıblar.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Travis Tygart Vladimir Kuznetsov və Aleksey Stolyarovla söhbətində Rusiyada keçiriləcək Dostluq Oyunlarına münasibətini açıqlayıb.
Onun sözlərinə görə, yarışda iştirak edən və ya iştirak edəcək bütün şəxslər gələcəkdə Olimpiadada iştirak etmək hüququndan məhrum ediləcəklər. O, sanksiyaları qarşılıqlılıq prinsipi ilə izah edib.
"Həmin oyunlarda nə ölkəmiz, nə də beynəlxalq idman federasiyamız tərəfindən sanksiyalaşdırılan heç bir dopinq nəzarəti yoxdur. Onlarda iştirak etsəniz, Olimpiadaya getməyəcəksiniz", - deyə, Tyqart əlavə edib.
Antidopinq Agentliyinin rəhbəri həmçinin rusiyalı məşqçi və həkimlərin Afrika İttifaqı ölkələrinə getməsinə görə sanksiya tətbiq etməyə çağırıb. Prankın videoyazısını Vovan və Lexus telegram kanalında tapmaq olar.


Baxış sayı: 49


Bölməyə aid digər xəbərlər