Bütün xəbərlər
Ukrayna BOK-dan rusiyalı uşaqların FİDE yarışlarında iştirakına icazə verməməyi xahiş edib
Tarix: 25-09-2024 00:09 | Bölmə: Manşet

Ukrayna Milli Olimpiya Komitəsi (MOK) bəyanat yayaraq, Beynəlxalq Olimpiya Komitəsindən (BOK) rusiyalı uşaqların Beynəlxalq Şahmat Federasiyasının (FIDE) himayəsi altında keçirilən turnirlərdə iştirakına icazə verməməyi xahiş edib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, əvvəllər FİDE 12 yaşınadək rus və belarusluların, habelə əlilliyi olan şəxslərin himayəsi altında keçirilən beynəlxalq yarışlarda iştirakına icazə verilməsini tövsiyə edirdi.
"Mövcud şərait Rusiya və Belarus şahmat federasiyaları ilə bağlı məhdudiyyətlərə, hətta 12 yaşa qədər uşaqlara da yenidən baxılması üçün heç bir əsas vermir", - Ukrayna MOK-un bəyanatında deyilir.
Ukrayna MOK BOK-a ünvanladığı məktubda qeyd edib ki, Rusiya və Belarus nümayəndələri FİDE turnirlərində öz ölkələrini təmsil etməməlidirlər.
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov FİDE-nin ruslara qarşı sanksiyaları saxlamaq qərarını şərh edərkən, təşkilatın Qərb və Ukrayna tərəfindən açıq və ört-basdır edilmədən təzyiq altında olduğunu bildirib.


Baxış sayı: 52


Bölməyə aid digər xəbərlər