Bütün xəbərlər
Bayden Putini Ukraynanı məhv etməkdə ittiham edib
Tarix: 24-09-2024 23:08 | Bölmə: Manşet

ABŞ prezidenti Co Bayden BMT Baş Assambleyasında çıxışı zamanı Rusiya lideri Vladimir Putini xatırladıb və onu Ukraynanı məhv etmək cəhdində ittiham edib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, “Putin Ukraynanı məhv etməyə çalışdı, amma Ukrayna hələ də azaddır”, - deyə, Bayden sitat gətirir: “O, NATO-nu zəiflətməyə çalışdı, lakin indi NATO iki yeni üzvlə – Finlandiya və İsveçlə həmişəkindən daha böyük, daha güclü və birləşib”.
Xatırlayaq ki, iki həftə əvvəl prezidentlik debatları zamanı Donald Tramp vurğulamışdı ki, Bayden Putinlə necə ünsiyyət quracağını bilmir, ona görə də iki il ərzində bir dəfə də olsun ona zəng vurmayıb.
Ümumilikdə seçki kampaniyası zamanı Tramp və Kamala Harris Rusiya Federasiyası və onun prezidentini 12, ən azı 11 dəfə xatırladıblar.


Baxış sayı: 46


Bölməyə aid digər xəbərlər