Bütün xəbərlər
ÇSKA-nı "Barselona"nın və "Yuventus"un keçmiş ulduzu Pyaniç gücləndirəcək
Tarix: 24-09-2024 23:05 | Bölmə: Manşet

"Yuventus"un və "Barselona"nın sabiq yarımmüdafiəçisi Miralem Pyaniç karyerasını Rusiya Premyer Liqasında davam etdirəcək.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, yaxın günlərdə 34 yaşlı bosniyalı ÇSKA ilə müqavilə imzalayacaq.
Bu barədə jurnalist İvan Karpov Telegram-da yazır. İnsayderin sözlərinə görə, yarımmüdafiəçi 1+1 sxemi üzrə iki illik müqavilə imzalayacaq.
Bosniyalı rus komandasına azad agent kimi keçəcək. Onun Moskva klubunda maaşı bir mövsüm üçün təxminən bir milyon avro, həmçinin bonuslar olacaq.
Bildirilir ki, çərşənbə günü Pyaniç ÇSKA-da tibbi müayinədən keçəcək və yalnız bundan sonra müqavilə imzalayacaq.
Pyaniç Liona köçdüyü Fransanın Metz akademiyasının məzunudur. O, müxtəlif vaxtlarda “Roma”, “Yuventus”, “Barselona” və “Beşiktaş”da da çıxış edib.
“Qoca sinyora”nın tərkibində Miralem dörd dəfə İtaliya çempionu olub və iki dəfə İtaliya kubokunu başı üzərinə qaldırıb.


Baxış sayı: 47


Bölməyə aid digər xəbərlər