Bütün xəbərlər
Baş Qərargah: İsrail ordusunun Livandakı hücum əməliyyatı “Şimal oxları” adlanır
Tarix: 24-09-2024 00:42 | Bölmə: Manşet

İsrail Müdafiə Qüvvələrinin Baş Qərargah rəisi Herzi Halevi bildirib ki, İsrail ordusunun Livandakı hücum əməliyyatı “Şimalın oxları” adlanır.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, İsrail ordusundan verilən açıqlamada, “İD-nin Baş Qərargah rəisi, general-leytenant Herzi Halevi şimal istiqamətində əməliyyatın adının “Şimalın oxları” olduğunu açıqlayıb.
Halevi vurğulayıb ki, İDF hədəfləri vurur və münaqişənin növbəti mərhələlərinə hazırlaşır.
Yaxın Şərqdə daha bir eskalasiya sentyabrın 17 və 18-də Livanda kommunikasiyaların kütləvi partlayışlarından sonra baş verdi. Nəticədə 3 minə yaxın insan yaralanıb, onlarla insan həlak olub.
İsrail Müdafiə Qüvvələri Livana hücumlarını davam etdirir. Belə ki, bazar ertəsi, sentyabrın 23-də İDF Livanda "Hizbullahın 150-dən çox hədəfini vurub.


Baxış sayı: 55


Bölməyə aid digər xəbərlər