Bütün xəbərlər
Ərdoğan: "Hərbi-sənaye kompleksində məhdudiyyətlər Türkiyənin ABŞ-a olan inamını sarsıdır"
Tarix: 23-09-2024 15:04 | Bölmə: Manşet

ABŞ-ın hərəkətləri Ankaranın Vaşinqtona olan inam hissinə mənfi təsir göstərir.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bunu Respublika Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
Onun sözlərinə görə, Türkiyəyə qarşı qoyulan məhdudiyyətlər alyansın ruhuna ziddir. Siyasətçi müttəfiqini CAATSA sanksiyaları və ölkənin "F-35" proqramından kənarlaşdırılması ilə qınayıb.
“NATO müttəfiqinin müdafiə sənayesində tətbiq etdiyi məhdudiyyətlər ABŞ-a olan inam hissini sarsıdır”, - deyə, prezident vurğulayıb.
Türkiyənin aparıcı müttəfiq tərəfdaşı ilə problemləri 2017-ci ildə Ankaranın təhdidlərə baxmayaraq "S-400" alması ilə yaranıb.


Baxış sayı: 63


Bölməyə aid digər xəbərlər