Bütün xəbərlər
Ərdoğan: "İstanbulda Ukrayna ilə bağlı danışıqların uğurlu olmasını müəyyən lobbilər istəməyib"
Tarix: 23-09-2024 11:00 | Bölmə: Manşet

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, 2022-ci ildə İstanbulda Ukrayna münaqişəsinin həlli ilə bağlı aparılan danışıqlarda “müəyyən lobbilər” onların uğurlu nəticəsinə mane olub.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, onun qeyd etdiyinə görə, Türkiyə münaqişənin sülh yolu ilə həlli istiqamətində səylərini davam etdirir və İstanbulda aparılan danışıqlar Türkiyə tərəfinin mühüm rolunu nümayiş etdirib. Ancaq Ərdoğanın sözlərinə görə, nəticə əldə olunmasını istəməyən qüvvələr var idi.
“Bəzi lobbilər bu səylərin öz məqsədlərinə çatmasını istəməyiblər, hər halda biz müharibəni bitirmək üçün əlimizdən gələni edirik və edəcəyik”, - deyə, Türkiyə prezidenti bildirib.


Baxış sayı: 61


Bölməyə aid digər xəbərlər