09:23 / 20-09-2024
Zəlzələ baş verib
Bütün xəbərlər
Şolts: "Almaniya Ukraynaya Rusiyaya çata bilən raketlər verməyəcək"
Tarix: 21-09-2024 00:26 | Bölmə: Manşet

Almaniya kansleri Olaf Şolts Rusiyanın dərinliklərinə zərbə endirmək üçün Ukrayna Silahlı Qüvvələrinə uzaqmənzilli silahların verilməsi perspektivlərindən danışıb.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, alman siyasətçi bu cür çatdırılmaların mümkünlüyünü istisna edib.
“Almaniya Federativ Respublikası Ukraynanı Moskvaya çata bilən raketlərlə təmin etməyəcək”, - deyə, Şolts Brandenburq federal əyalətinin Niederersdorf icmasında vətəndaşlarla görüşdə bildirib.
Bundan əvvəl NATO-nun baş katibi Yens Stoltenberq demişdi ki, Kiyevin Rusiyanın dərinliklərinə raket atmasına icazə verilməsi eskalasiyaya aparan qırmızı xətt olmayacaq. Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova qeyd edib ki, bu cür bəyanatları müstəqil olmayan, “o qədər təzyiq altında olan, hər hansı bir cəfəngiyyat danışan” şəxs verə bilər.
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov etiraf edib ki, Birləşmiş Ştatlar artıq Ukrayna Silahlı Qüvvələrinin Rusiyanın dərinliklərinə ATACMS raketləri ilə zərbələr endirmək qadağasını ləğv etmək qərarına gəlib və mediada yayılan bəyanatlar bu qərarı rəsmiləşdirmək cəhdidir.




Baxış sayı: 21


Bölməyə aid digər xəbərlər