Bütün xəbərlər
Harris həyatına ikinci sui-qəsd cəhdindən sonra Trampa zəng edib
Tarix: 17-09-2024 23:59 | Bölmə: Manşet

Demokratlar Partiyasından prezidentliyə namizəd Kamala Harris ikinci dəfə həyatına cəhddən sonra Respublikaçı rəqibi Donald Trampa zəng edib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə Ağ Evin mətbuat xidməti məlumat yayıb.
Söhbətin səmimi və qısa olduğu qeyd edilir. Harris Trampla söhbətində onun yaxşı olduğundan xoşbəxt olduğunu bildirib.
Sentyabrın 15-də Florida ştatının Palm Beach şəhərindəki “Trump International Golf Club”da atışma baş verib. Hadisə Trampa qarşı mümkün sui-qəsd cəhdi kimi qiymətləndirilir. ABŞ prezidentliyinə namizədin həyatına ilk cəhd iyulun 13-də seçkiqabağı mitinqdə baş verib.


Baxış sayı: 45


Bölməyə aid digər xəbərlər