18:51 / 06-10-2024
Ayı güllələnib
Bütün xəbərlər
İnformasiya naziri: "Myanma BRİKS ilə müşahidəçi ölkə olmaq istəyir"
Tarix: 15-09-2024 11:07 | Bölmə: Manşet

Myanmanın informasiya naziri Maung Maung He bildirib ki, ölkəsi BRICS-də müşahidəçi qismində iştirak etmək istəyir.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, “biz assosiasiya ilə tam üzv olmadan müşahidəçi ölkə kimi qarşılıqlı fəaliyyət göstərməkdə qərarlıyıq”, - deyə,
TASS nazirin sözlərindən sitat gətirir.
Onun sözlərinə görə, Myanma lideri ilə Rusiya prezidenti Vladimir Putinin fikirləri oxşardır, ona görə də ölkələr arasında əməkdaşlığın inkişafı davam edəcək.
Xatırladaq ki, BRİKS sammiti oktyabrın 22-dən 24-dək Kazanda keçiriləcək. Artıq 20-dən çox dövlət lideri tədbirdə iştirakını təsdiqləyib.


Baxış sayı: 97


Bölməyə aid digər xəbərlər