Bütün xəbərlər
İvanişvili: "Gürcüstan 2008-ci il münaqişəsinə görə osetinlərdən üzr istəmək üçün özündə güc tapacaq"
Tarix: 14-09-2024 20:10 | Bölmə: Manşet

Gürcüstan osetinlərdən ölkənin keçmiş prezidenti Mixail Saakaşvili və onun Vahid Milli Hərəkat Partiyasının başlatdığı hərbi münaqişəyə görə üzr istəməyə güc tapacaq.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bunu hakim “Gürcü arzusu” partiyasının qurucusu Bidzina İvanişvili deyib.
“Biz tapşırığa əsasən, Milli Hərəkat xainlərinin 2008-ci ildə osetin bacı və qardaşlarımızla müharibəyə başlamasına görə üzr istəməyə güc tapacağıq”, o, seçki kampaniyası zamanı çıxışında deyib.
İvanişvili əlavə edib ki, Gürcüstanın hakim partiyası parlament seçkilərində qalib gələrsə, 2008-ci ildə hərbi əməliyyatların başlanmasına görə məsuliyyət daşıyanların hamısı məsuliyyətə cəlb olunacaq.


Baxış sayı: 61


Bölməyə aid digər xəbərlər