Bütün xəbərlər
Ryabkov: "Moskva bilir ki, Qərb artıq Rusiyaya dərin zərbələr endirmək qərarına gəlib"
Tarix: 14-09-2024 12:42 | Bölmə: Manşet

Qərb ölkələri artıq Ukrayna Silahlı Qüvvələrinin Rusiya ərazisinin dərinliklərinə zərbələr endirmək qərarına gəliblər və Moskvanın bundan xəbəri var.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu bəyanatla şənbə günü Rusiya Federasiyasının xarici işlər nazirinin müavini Sergey Ryabkov çıxış edib.
Diplomatın sözlərinə görə, bu məsələ ilə bağlı qərarlar “bir müddət əvvəl verilib və bu cür siqnallar Kiyevə ötürülüb”. Onun sözlərini TASS sitat gətirir.
Eyni zamanda, Ryabkov Rusiya Federasiyasına düşmən olan ölkələrin hakimiyyət orqanlarını “məsuliyyətsiz, son dərəcə təhlükəli hərəkətlərinin” nəticələrinin ciddiliyini ölçməyə çağırıb.
Bir gün əvvəl Co Bayden Vaşinqtonda Böyük Britaniyanın baş naziri Key Starmerlə görüşüb. KİV-in məlumatına görə, onlar Qərb ölkələrinin Ukrayna Silahlı Qüvvələrinə verdiyi silahlarla Ukraynanın Rusiya ərazisinə dərin zərbələr endirməsinə icazə verilməsini müzakirə ediblər.


Baxış sayı: 68


Bölməyə aid digər xəbərlər