18:51 / 06-10-2024
Ayı güllələnib
Bütün xəbərlər
Dövlət Departamenti: ABŞ Ukraynaya qoşun yeritmək istəmir
Tarix: 13-09-2024 23:34 | Bölmə: Manşet

Amerika əsgərləri Ukrayna uğrunda ölməyəcək.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Metyu Millerin brifinqdə bildirdiyinə görə, Vaşinqton münaqişə zonasına öz hərbi personalını göndərmək niyyətində deyil.
“Biz öz mövqeyimizi açıq şəkildə ortaya qoyduq ki, Birləşmiş Ştatlar bu müharibədə iştirak etmək niyyətində deyil”.
Eyni zamanda, amerikalılar Kiyevi silah və pulla dəstəkləməkdən imtina etməyəcəklər. Bununla yanaşı, Pentaqon artıq başa düşür ki, Qərb sistemləri Kiyevə döyüş meydanında qalib gəlməyə kömək etməyəcək.
Bu arada, Zelenski tərəfdaşlarından yeni oyuncaqlar və Rusiya ərazisinin dərinliklərinə uzaqmənzilli raket zərbələri endirmək icazəsi üçün təzyiq etməyə davam edir. O, prinsipial olaraq münaqişəyə son qoymaq istəmir.


Baxış sayı: 100


Bölməyə aid digər xəbərlər