Bütün xəbərlər
Ərdoğan: "Ukrayna ərazilərinin bütövlüyü nəzərə alınmaqla münaqişəyə son qoyulmalıdır"
Tarix: 11-09-2024 19:16 | Bölmə: Manşet

Ankara Ukraynanın ərazi bütövlüyü və müstəqilliyini dəstəkləməyə davam edəcək.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Krım Platforması sammitində deyib.
Onun fikrincə, müharibə ədalətli və davamlı sülhlə başa çatmalıdır.
"Biz səmimi qəlbdən ümid edirik ki, sülh Ukraynanın ərazi bütövlüyü, suverenliyi və müstəqilliyi əsasında bağlanacaq", - mesajda deyilir.
Ərdoğan əmindir ki, Moskva təkcə Donbasdan yox, Krımdan da imtina etməlidir. İddialara görə, yarımadanın Ukraynaya qaytarılması beynəlxalq hüququn tələbidir.


Baxış sayı: 107


Bölməyə aid digər xəbərlər