Bütün xəbərlər
Kirbi: "ABŞ çərşənbə axşamı İran və Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edəcək"
Tarix: 10-09-2024 20:53 | Bölmə: Manşet

Ağ Evin koordinatoru Con Kirbi bildirib ki, çərşənbə axşamı ABŞ İran və Rusiyada iki ölkə arasında əməkdaşlıqla əlaqəli bir sıra təşkilat və şəxslərə qarşı sanksiyalar tətbiq edəcək.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Kirbinin bildirdiyinə görə, yeni sanksiyalar “Iran Air” ilə bağlı əvvəlki sanksiyaları tamamlayacaq və İran və Rusiyadakı şəxslərə və təşkilatlara qarşı yönələcək. Bunu jurnalistlərə Ağ Evin koordinatoru Vaşinqtonun Moskva ilə Tehran arasında əməkdaşlıq kontekstində hərəkətləri ilə bağlı suala cavab verərkən deyib.
Yeni sanksiyaların mahiyyətinə Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi aydınlıq gətirib. Onun sözlərinə görə, məhdudiyyətlər iki ölkənin “silah üçün komponentlərin faktiki tədarükü ilə məşğul olan” şəxslərə və təşkilatlarına təsir edəcək.
Kirbi onlayn brifinqdə bildirib ki, sanksiya tətbiq edilən şəxslər və qurumlar silah sistemləri, PUA-lar və qısa mənzilli ballistik raketlərin tədarükü ilə məşğul olublar.
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov “The Wall Street Journal”ın İranın raketlərin tədarükü ilə bağlı xəbərinə münasibət bildirib. Onun sözlərinə görə, bu cür məlumatlar “həmişə reallığa uyğun gəlmir”.
Peskov əlavə edib ki, Rusiya və İran arasında bütün sahələrdə, o cümlədən “ən həssas” sahələrdə əməkdaşlıq davam edəcək.


Baxış sayı: 105


Bölməyə aid digər xəbərlər