Bütün xəbərlər
Şoyqu: "İndi dünyanın əksəriyyəti BRİKS-in simasında mövcuddur"
Tarix: 10-09-2024 11:32 | Bölmə: Manşet

Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu “Rossiya 24” telekanalına müsahibəsində BRİKS ölkələrinin yüksək səviyyəli nümayəndələrinin təhlükəsizlik məsələləri üzrə gözlənilən toplantısı barədə danışıb və qeyd edib ki, assosiasiyaya üzv olan ölkələr hazırda dünyanı təşkil edir.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, onun bildirdiyinə görə, Sankt-Peterburqda keçiriləcək iclasın gündəliyi əsas beynəlxalq təhdidlərə, o cümlədən Ukraynadakı vəziyyət, Yaxın Şərqdə təhlükəsizlik məsələləri, terrorizm, ekstremizm və narkotiklərin yayılması ilə mübarizəyə həsr olunacaq.
Şoyqu çoxqütblü dünyanın yarandığı şəraitdə mənəvi-əxlaqi dəyərlərin və ölkələrin suverenliyinin müzakirəsinin vacibliyini də vurğulayıb.
“BRICS-in simasında biz qlobal çoxluğa sahibik, əgər onlar kollektiv Qərb desələr, mən burada qlobal çoxluq ifadəsini işlədərdim” deyib.


Baxış sayı: 107


Bölməyə aid digər xəbərlər