Bütün xəbərlər
Livanla sərhəddə baş verən partlayışda bir israilli məktəbli həlak olub, 18 nəfər yaralanıb
Tarix: 12-10-2026 21:50 | Bölmə: Dünya


 İsrail xəbər portalı "Ynet"in məlumatına görə, İsrailin Livanla sərhəd bölgəsində baş verən mərmi partlaması nəticəsində 15 yaşlı israilli məktəbli həlak olub, ən azı 18 şagird yaralanıb.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, partlayış zamanı Maalot-Tarşiha şəhərindəki bir orta məktəbin şagirdləri ekskursiyada olublar.
Yaralanan üç şagird vertolyotla xəstəxanaya aparılıb.Onların vəziyyəti ağırdır.
Hadisənin şərtləri araşdırılır.
Daha əvvəl Rusiya xarici işlər naziri Sergey Lavrov Rusiyanın 2026-cı ildən sonra Livanın cənubunda BMT kontingentinin saxlanmasına razı olduğunu bildirmişdi.



Baxış sayı: 34


Bölməyə aid digər xəbərlər