Bütün xəbərlər
Turist avtobusu aşıb, beş nəfər yaralanıb
Tarix: 12-10-2026 22:00 | Bölmə: Karusel


 Türkiyənin Antalya əyalətində turist avtobusu aşıb, beş nəfər yaralanıb. Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə CNN Türk məlumat yayıb.
Qəza Antalya-İsparta magistral yolunun Aksu rayonunda baş verib.İlkin məlumatlara görə, sürücü avtobusun idarəetməsini itirib, nəticədə nəqliyyat vasitəsi yan tərəfə çevrilib və yolu bağlayıb.
Hadisə yerinə tibb işçiləri, yanğınsöndürənlər və jandarmlar tez bir zamanda gəliblər. Yaralılara lazımi tibbi yardım göstərilib və əlavə müalicə üçün xəstəxanalara aparılıblar. Həlak olanlar arasında rusların olub-olmadığı barədə hələlik məlumat yoxdur.
7 oktyabrda Rusiyanın Antalyadakı Baş Konsulluğunun Fethiye kurortu yaxınlığında rus paraşütçüsünün ölümünü təsdiqlədiyi bildirilib.



Baxış sayı: 43


Bölməyə aid digər xəbərlər