23:18 / 08-10-2026
Murad dünya üçüncüsü oldu
23:13 / 08-10-2026
Xəstəxanada direktor müavinini bıçaqlayan sürücü imiş - Rəsmi
23:06 / 08-10-2026
Elvin Mahmudzadə yenə həbs edildi
22:59 / 08-10-2026
Türkmənbaşı şəhərində sənədlərin imzalanması mərasimi olub
22:56 / 08-10-2026
Türkmənbaşıda Azərbaycan və Mərkəzi Asiya Dövlət başçılarının 8-ci Məşvərət görüşü keçirilib
22:50 / 08-10-2026
İlham Əliyev Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündə iştirak etmək üçün “Avaza” Kompleksinə gəldi
22:43 / 08-10-2026
İlham Əliyev Türkmənistana işgüzar səfərə gəlib
22:35 / 08-10-2026
ABŞ məhkəməsi Maduronun həyat yoldaşının həbsdən azad edilməsini rədd etdi
19:47 / 08-10-2026
375 məktəb və liseydə tədris dayandırılıb
19:44 / 08-10-2026
Aqressiv ayını güllələyərək öldürüb
19:41 / 08-10-2026
Ayının yeniyetməyə hücum etməsindən sonra iş açılıb
19:37 / 08-10-2026
Moldova parlamenti Rusiya mayonezinin qadağan edilməsini müzakirə etdi
19:33 / 08-10-2026
20-ci mərtəbədəki mənzilindən dörd pişiyi atdı
19:30 / 08-10-2026
İspaniya hərbi təyyarəsi müşahidə edilib
19:24 / 08-10-2026
Litva Baş naziri Rusiya taxıl tranzitini qadağan etmək istəyir
19:20 / 08-10-2026
Bir kişi polis əməkdaşlarına iki qoyunla rüşvət verməyə cəhd etdiyinə görə mühakimə olunur
19:17 / 08-10-2026
Çinin "Tianvan" Atom Elektrik Stansiyasında 7-ci blok reaktoru işə salınıb
19:12 / 08-10-2026
Husilər Ər-Riyad hava limanına raket hücumu elan etdilər
19:09 / 08-10-2026
Bir ana və onun azyaşlı oğlu təqaüdçüləri öldürməkdə ittiham olunurlar
19:05 / 08-10-2026
Rubio Ukraynadakı münaqişənin genişlənmə riski barədə xəbərdarlıq etdi
19:01 / 08-10-2026
Slovakiyanın Baş naziri Avropa Parlamentindən Qızıl Tramp heykəlinin çıxarılmasını gözləyir
18:57 / 08-10-2026
Botanika bağında ayı izləri aşkar edilib, ərazi bağlanıb
18:53 / 08-10-2026
Polşada bir qadını bıçaqlayan yeniyetmənin başında videokamera olan dəbilqə var idi
18:48 / 08-10-2026
Xarici avtomobildə olan yeniyetmə polisdən yayınmağa çalışıb
18:45 / 08-10-2026
Kaşpirovskinin qohumları onu Ukraynada dəfn etmək istəyirlər
18:42 / 08-10-2026
Belarus Xarici İşlər Nazirliyi Bryansk yaxınlığındakı hücumu Minskin münaqişəyə cəlb edilməsi cəhdi adlandırıb
18:35 / 08-10-2026
Fransa xarici işlər naziri Jan-Noel Barro Rusiyanı mikrofonunu kəsməkdə günahlandırdı
18:31 / 08-10-2026
Fiqurlu konkisürən Trusova Almatıda qüsursuz qısa proqramda konkisürmə etdi
18:23 / 08-10-2026
Könül Nurullayeva vətəndaşlarla görüş keçirib
21:07 / 07-10-2026
Zaporojyedə kabelli körpüyə hava bombası zərbələrinin videosu yayılıb
21:04 / 07-10-2026
Ekspert Trampın Yəməndəki münaqişəyə müdaxilə etməyəcəyini bildirib
20:58 / 07-10-2026
Rusiya Xarici İşlər Nazirliyi Avropa İttifaqının hərbi-siyasi bloka çevrildiyini elan etdi
20:55 / 07-10-2026
Rusiyanın Antalyadakı Baş Konsulluğu rus paraplançısının ölümünü təsdiqlədi
20:52 / 07-10-2026
Fransada etiraz aksiyalarında saxlanılanların sayı 6600-ü keçib
20:49 / 07-10-2026
Hollandiya Ukraynaya hərbi yardım göstərməyin səmərəsiz olduğunu etiraf edib
20:32 / 07-10-2026
Qızıl internat məktəbinin yaxınlığında ayı göründü
20:24 / 07-10-2026
Britaniya kral ailəsinin həkimi evində ölü tapılıb
20:20 / 07-10-2026
Rusiyalı paraşütçü turist Türkiyədə vəfat etdi
Türkmənbaşıda Azərbaycan və Mərkəzi Asiya Dövlət başçılarının 8-ci Məşvərət görüşü keçirilib
Tarix: 08-10-2026 22:56 | Bölmə: Gündəm
Oktyabrın 8-də Türkmənistanın Türkmənbaşı şəhərində Azərbaycan Respublikası və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşü keçirilib.
Sabaha-inamla.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Məşvərət görüşündə iştirak etmək üçün “Avaza” Kompleksinə gəldi.
Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov Prezident İlham Əliyevi qarşıladı.
Sonra tədbirdə iştirak edən dövlət başçıları birgə foto çəkdirdilər.
Görüşü açıq elan edən Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov dedi:
-Hörmətli dövlət başçıları, indi sözü böyük hörmətlə Zati-aliləri, Azərbaycan Respublikasının Prezidenti İlham Heydər oğlu Əliyevə verirəm.
İlham Heydər oğlu, buyurun, söz Sizindir.
Dövlətimizin başçısı tədbirdə çıxış etdi.
Prezident İlham Əliyevin çıxışı
-Hörmətli Sərdar Qurbanquliyeviç.
Hörmətli dövlət başçıları.
Əziz dostlar.
Əvvəlcə dəvətə və ənənəvi qonaqpərvərliyə görə Türkmənistan Prezidentinə təşəkkürümü bildirirəm.
Yenidən qardaş Türkmənistanda, gözəl Avazada olmaqdan şadam.
Keçən ilin noyabrında Azərbaycan Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət formatının tamhüquqlu üzvü oldu. Bu tarixi qərarı yekdilliklə dəstəklədikləri üçün bütün hörmətli həmkarlarıma bir daha təşəkkürümü bildirirəm. Bu baxımdan Türkmənistanın və şəxsən hörmətli Qurbanqulu Məlikquliyeviç Berdiməhəmmədovun rolunu qeyd etmək istəyirəm. O, ötən ilin avqust ayında məhz burada - Avazada Azərbaycanın bu formatda tamhüquqlu iştirakı təşəbbüsü ilə çıxış etdi.
Son illərdə Azərbaycan-Türkmənistan münasibətləri dinamik şəkildə inkişaf edir. Ötən ildən başlayaraq ən yüksək səviyyədə artıq beş səfər həyata keçirilib. Bu, siyasi dialoqumuzun intensivliyini və ikitərəfli əlaqələrimizi daha da gücləndirmək üçün qarşılıqlı niyyətimizi əks etdirir.
Hörmətli Qurbanqulu Məlikquliyeviç Berdiməhəmmədovun təşəbbüsü ilə Füzuli şəhərində məscidin tikintisini xüsusi qeyd etmək istərdim. Keçən il onun təməlinin qoyulmasında birlikdə iştirak etdik. Qardaş Türkmənistanın ölkəmizə bu hədiyyəsi xalqlarımız arasındakı dostluğun və mənəvi yaxınlığın daha bir təzahürüdür.
Azərbaycanın azad edilmiş ərazilərinin bərpasında qardaş dəstəyi bizim üçün xüsusi əhəmiyyətə malikdir. Özbəkistan artıq Füzulidə Mirzə Uluqbəy adına məktəb, Qazaxıstan Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzi və Qırğızıstan Ağdamda Manas adına məktəb inşa edib. Biz bu yardımı çox yüksək qiymətləndiririk.
Son illərdə Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə qarşılıqlı fəaliyyəti xeyli genişlənib. Siyasi əlaqələr yüksək səviyyədədir və qarşılıqlı yüksəksəviyyəli səfərlər müntəzəm xarakter alıb. İqtisadi-ticari əməkdaşlıq güclənir, qarşılıqlı investisiyalar artır və birgə layihələr həyata keçirilir. Ötən il Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə ticarət dövriyyəsi 50 faizdən çox artıb. Bu gün ölkəmizdə Mərkəzi Asiya ölkələrinin kapitalı ilə 400-dən çox şirkət aktiv şəkildə fəaliyyət göstərir. Son illərdə Azərbaycan Qazaxıstan, Özbəkistan və Qırğızıstanla birgə investisiya fondları yaradıb. Bu fondların hər birinin kapitalı yüz milyonlarla dollar məbləğindədir. Hesab edirəm ki, birgə layihələrin həyata keçirilməsi, yeni istehsal müəssisələrinin yaradılması və sənaye əməkdaşlığının genişləndirilməsi üçün, ilk növbədə, onların potensialından daha fəal şəkildə istifadə olunmalıdır. Biz yalnız qarşılıqlı ticarəti artırmaqla kifayətlənməməliyik, həm də birlikdə investisiya qoymalı, istehsal etməli və xarici bazarlara çıxmalıyıq.
Əməkdaşlığımızın əsas sahələrindən biri nəqliyyatdır. Xəzər dənizi ölkələrimiz arasında nəqliyyat qarşılıqlı əlaqələrində getdikcə daha vacib rol oynayır. Xəzərin hər iki sahilindəki nəqliyyat infrastrukturu Mərkəzi Asiyanı Azərbaycanla və daha sonra beynəlxalq bazarlarla birləşdirmək üçün çox mühüm əhəmiyyətə malikdir. Son illərdə nəqliyyat imkanlarımızı davamlı şəkildə genişləndiririk. Biz nəqliyyat infrastrukturuna, dəniz limanlarının, aeroportların, dəmir və avtomobil yollarının inkişafına böyük sərmayə qoymuşuq. Bu gün Xəzər dənizi vasitəsilə daşımaların həcmlərində əhəmiyyətli dərəcədə artım müşahidə edirik. Ortaq məqsədimiz bu marşrutları daha səmərəli və rəqabətədavamlı etməkdir. Paralel olaraq, “Rəqəmsal İpək Yolu” layihəsi həyata keçirilir və Xəzər dənizinin dibi ilə fiber-optik xətlərin inkişafı üçün işlər görülür. Orta Dəhliz getdikcə daha mühüm əhəmiyyət kəsb edir - keçən il bu marşrut üzrə tranzit yükdaşımaların həcmi 10 faizdən çox, bu ilin ilk səkkiz ayında isə təxminən daha 20 faiz artıb.
Energetika sahəsi əməkdaşlığımızda xüsusi yer tutur. Azərbaycan enerji resurslarının Mərkəzi Asiyadan beynəlxalq bazarlara tranzitində mühüm rol oynayır. Türkmənistan və Qazaxıstandan neft ölkəmiz vasitəsilə nəql olunur və bu daşımaların həcmi artır. Bərpaolunan enerji sahəsində əməkdaşlığımız davamlı olaraq genişlənir. Yaşıl enerji dəhlizi yaratmaq üçün Qazaxıstan və Özbəkistanla birgə iş aparırıq.
Hörmətli həmkarlar, əməkdaşlıq formatımızın geosiyasi əhəmiyyəti təkcə energetika və nəqliyyat sahələrində birgə layihələrlə yekunlaşmır. Ölkələrimizdə sülh, təhlükəsizlik, siyasi və iqtisadi sabitlik bütün nailiyyətlərimizin təməli, Mərkəzi Asiya ölkələrinin və Azərbaycanın gələcək uğurlu inkişafının, qarşılıqlı fəaliyyətimizin möhkəmlənməsinin təminatıdır.
Diqqətinizə görə təşəkkür edirəm.
x x x
Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov dedi:
-Hörmətli İlham Heydər oğlu, məzmunlu və konstruktiv çıxışınıza görə Sizə təşəkkürümü bildirirəm. Türkmənistanla bağlı səsləndirdiyiniz xoş sözlər, verdiyiniz qiymət və irəli sürdüyünüz təkliflər qarşılıqlı əlaqələrimizin gələcək inkişafı, regional və beynəlxalq əməkdaşlığın genişləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Türkmənistan Azərbaycan Respublikası ilə qardaşlıq münasibətlərinə böyük əhəmiyyət verir və bu münasibətlərin ardıcıl şəkildə möhkəmləndirilməsinə hazırdır. Əminəm ki, çoxtərəfli əməkdaşlığımız Mərkəzi Asiya ölkələri ilə Azərbaycan arasında mehriban qonşuluq, əməkdaşlıq və qarşılıqlı anlaşma əlaqələrinin daha da möhkəmləndirilməsinə töhfə verəcəkdir. Bir daha məzmunlu çıxışınıza görə Sizə təşəkkür edirəm.
Bu Məşvərət görüşünün ölkələrimizin müstəqilliyinin 35-ci ildönümünün qeyd olunduğu bir ildə keçirildiyini vurğulayan Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev bunun xüsusi əhəmiyyət daşıdığını qeyd edərək bildirdi: “Azərbaycan Respublikasının Prezidenti, Məşvərət görüşünün tamhüquqlu iştirakçısı möhtərəm İlham Heydər oğlu Əliyevi xüsusi salamlayıram. Bugünkü görüşümüzün rəmzi əhəmiyyətini də xüsusi vurğulamaq vacibdir. Belə ki, bu görüş ölkələrimizin müstəqilliyinin 35-ci ildönümünün qeyd olunduğu bir ildə keçirilir. Bu illər ərzində biz uzun, mürəkkəb, həqiqətən də keşməkeşli, eyni zamanda, məhsuldar bir yol keçmişik. Bu yol bütöv bir dövrü özündə ehtiva edir. Biz suverenliyimizi möhkəmləndirmişik, inkişaf modellərimizi formalaşdırmışıq və beynəlxalq ictimaiyyətdə layiqli yerimizi tutmuşuq. Bu gün Mərkəzi Asiya və Azərbaycan haqlı olaraq Avrasiyada inkişaf və geosiyasi qarşılıqlı fəaliyyət mərkəzləri hesab olunur. Lakin ən başlıcası odur ki, qardaş xalqlarımızın müdrikliyi və birliyi sayəsində biz sülh və həmrəylik şəraitində yaşayırıq”.
Kasım-Jomart Tokayev görüşdə Mərkəzi Asiya dövlətləri və Azərbaycan tərəfindən süni intellektdən məsuliyyətli istifadəyə dair Bəyannamənin hazırlanmasını təklif etdi. Qazaxıstan Prezidenti, həmçinin bildirdi ki, təklif olunan bütün tədbirlər regional qarşılıqlı fəaliyyət üçün möhkəm humanitar platformanın formalaşdırılmasına xidmət etməlidir.
“Biz Mərkəzi Asiya və Azərbaycanda keçiriləcək irimiqyaslı mədəniyyət, idman, turizm, elm və digər bu kimi tədbirlərin vahid təqviminin hazırlanmasını təklif edirik. Bu, qarşılıqlı səfərlərin stimullaşdırılmasına, həmçinin birləşdirilmiş turlar çərçivəsində xarici turistlərin cəlb olunmasına imkan verəcək”, - deyə Qazaxıstan Prezidenti vurğuladı.
Qırğız Respublikasının Prezidenti Sadır Japarov ölkəsinin Mərkəzi Asiya ölkələri və Azərbaycanla əmtəə dövriyyəsinə diqqət çəkərək dedi: “Son dörd il ərzində Qırğızıstanın Mərkəzi Asiya ölkələri və Azərbaycanla əmtəə dövriyyəsi, demək olar ki, iki dəfə artaraq, 2025-ci ilin yekunlarına görə 3,5 milyard ABŞ dolları təşkil edib. 2025-ci ildə beş dövlətdən ölkəmizə yatırılan investisiyaların həcmi 140 milyon ABŞ dollarından çox olub”.
Mərkəzi Asiya və Azərbaycanın vahid elektron ticarət platformasının yaradılmasını təklif edən Sadır Japarov bildirdi: “Beləliklə, istehlakçıların və biznes subyektlərinin region ölkələrində buraxılan məhsullara daha geniş çıxışını təmin etmiş olarıq. Hər bir ölkənin özünəməxsus milli məhsullarını nəzərə alaraq, bu platforma regional məhsulların geniş çeşidini vahid məkanda birləşdirə və onların təşviqi üçün yeni imkanlar yarada bilər”.
Qırğızıstan Prezidenti vurğuladı ki, ölkələrimiz bir-birini tamamlayan böyük turizm potensialına malikdir.
“Tarixi şəhərlər, dağ və Xəzəryanı marşrutlar, zəngin mədəni irs Mərkəzi Asiya və Azərbaycanın səyahətlər üçün cəlbedici məkan olması istiqamətində təbliğat səylərimizi birləşdirməyə imkan verir. “Bir səyahət – bir neçə ölkə” prinsipi əsasında əməkdaşlığın inkişaf etdirilməsini, görməli yerlərimizin birgə turizm marşrutları vasitəsilə əlaqələndirilməsini təklif edirik”, - deyə Prezident Sadır Japarov qeyd etdi.
Qırğızıstan Prezidenti 2027-ci ildə Məşvərət Görüşünə ilk dəfə sədrlik etməsi münasibətilə Azərbaycana təbriklərini çatdıraraq dedi: “İcazə verin, hörmətli İlham Heydər oğlunu Azərbaycan Respublikasının 2027-ci ildə Azərbaycan Respublikası və Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşünə ilk dəfə sədrlik etməsi münasibətilə səmimi-qəlbdən təbrik edim. Əminəm ki, Azərbaycanın sədrliyi birgə fəaliyyətimizə və qarşılıqlı faydalı əməkdaşlığımızın inkişafına yeni təkan verəcəkdir. Qırğız Respublikası zəruri dəstəyi sərgiləməyə və Azərbaycanın sədrliyinin prioritetlərinin uğurla həyata keçirilməsinə kömək göstərməyə hazırdır”.
Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmon görüşün və birgə görüləcək işlərin əhəmiyyətindən danışaraq dedi: “Mərkəzi Asiya və Azərbaycan daha sıx iqtisadi, nəqliyyat və enerji əməkdaşlığına keçid üçün əhəmiyyətli potensiala malikdir. Bu baxımdan xüsusi diqqət yetirilməsinə layiq bir sıra aktual istiqamətləri qeyd etmək istərdim. İlk növbədə, sənaye kooperasiyasının gücləndirilməsini vurğulamaq istərdim. Ölkələrimizin əhəmiyyətli resurs potensialı vardır. Bu isə birgə müəssisələrin, sənaye komplekslərinin yaradılması və təbii ehtiyatların emalının həyata keçirilməsi üçün geniş imkanlar açır”.
Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev gələn il Xivə şəhərində “Mərkəzi Asiya - Azərbaycan” biznes forumunun keçirilməsini təklif edərək dedi: “Bu gün keçirilən görüşümüz xüsusi əhəmiyyət daşıyır. İlk dəfədir ki, görüşümüz qardaş Azərbaycanla birlikdə keçirilir. İlham Heydər oğlunu bu görüşümüzdə salamlayıram.
“Altı iqtisadiyyat – bir məhsul” formulu qarşıya qoymalı olduğumuz məqsədi yaxşı ifadə edir. Bir neçə ölkənin müəssisələri vahid istehsal zəncirində iştirak etdikdə, məhsul birgə yaradıldıqda iqtisadiyyatlarımız arasında tamamilə fərqli əlaqələr formalaşır. Bu əlaqələr adi əmtəə mübadiləsindən daha möhkəm və dayanıqlı olur. Bu istiqamətdə işlərin inkişaf etdirilməsi məqsədilə 2027-ci ildə qədim Xivə şəhərində “Mərkəzi Asiya - Azərbaycan” biznes forumunun keçirilməsini təklif edirik”.
Azərbaycanı sədrlik münasibətilə təbrik edən Şavkat Mirziyoyev bildirdi: “Fürsətdən istifadə edərək, Azərbaycanı Məşvərət görüşləri çərçivəsində sədrliyi qəbul etməsi münasibətilə təbrik edirəm. Əminəm ki, Azərbaycan tərəfinin rəhbərliyi ilə formatımız çərçivəsində görülən işlərə əlavə təkan veriləcək, qardaşlıq əməkdaşlığımız isə birlik, etimad və həmrəyliyin möhkəmləndirilməsinə xidmət edəcəkdir”.
Sabaha-inamla.az

Baxış sayı: 80
Bölməyə aid digər xəbərlər

Dünən, 22:56
Türkmənbaşıda Azərbaycan və Mərkəzi Asiya Dövlət başçılarının 8-ci Məşvərət görüşü keçirilib
1-10-2026, 18:04
General Əfqan Nağıyev 60-a çatdı
29-09-2026, 23:01
Sumqayıtda Anım Günü-İcra başçısı Zakir Fərəcov şəhid məzarlarını ziyarət etdi-VİDEO+FOTOLAR
27-09-2026, 19:58
27 Sentyabr – Anım Günü: Qəhrəmanlıqdan Zəfərə
25-09-2026, 23:22
«44-дневная Отечественная война положила конец 30-летнему статус-кво»-- Конул Нуруллаева
22-09-2026, 18:38
İlham Əliyevin sədrliyi ilə dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramına həsr olunmuş müşavirə keçirilib
18-09-2026, 19:32
Könül Nurullayeva İslam Həmrəyliyi İdman Assosiasiyasının 15-ci Baş Assambleyasında iştirak edib
18-09-2026, 00:08
İlham Əliyev Şamaxıda “Nəsimi Bağları” kompleksi ilə tanış olub
18-09-2026, 00:01
İlham Əliyev Şamaxıda “Meysari Grand Hotel & SPA” kompleksinin açılışında iştirak edib
15-09-2026, 17:27
İlham Əliyev Türkiyənin xarici işlər nazirini qəbul edib
15-09-2026, 17:11
“Mehriban xanıma dedim şəkil çəkdirək və şeyxə göndərin”
8-09-2026, 15:40
Əhməd İsmayılov Media və Yayım Şurasının sədri təyin edildi
2-09-2026, 17:55
"Sumqayıtın formalaşan yeni inkişaf modeli"
31-08-2026, 18:02
İlham Əliyevin Bişkekdə Qazaxıstan Prezidenti ilə görüşü olub
31-08-2026, 17:57
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Ermənistanın Baş naziri Nikol Paşinyanın görüşü ilə bağlı mətbuat üçün bəyanat
31-08-2026, 15:54
İlham Əliyev Qırğızıstana işgüzar səfərə gəlib-VİDEO
25-08-2026, 21:58
"Muğam gözəlliyin və məhəbbətin rəmzidir"
25-08-2026, 15:57
26 Avqust - Laçın şəhəri günü
24-08-2026, 17:11
İlham Əliyev Zelenskiyə təbrik məktubu ünvanlayıb
24-08-2026, 14:48
Azərbaycan Prezidenti və birinci xanım Daşkənddə Ümummilli Liderin barelyefi önünə gül dəstələri qoyublar
23-08-2026, 18:30
İlham Əliyev Daşkənddə Müstəqillik abidəsini ziyarət edib-VİDEO
23-08-2026, 18:22
Daşkənddə Prezident İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub-VİDEO
23-08-2026, 18:09
İlham Əliyev Özbəkistana dövlət səfərinə gəlib-VİDEO
14-08-2026, 17:34
Naxçıvanın iqtisadi fəallığı artır-Könül Nurullayeva
8-08-2026, 23:10
“Azərbaycan Vaşinqton üçün daha dəyərli strateji tərəfdaşa çevrilib”
31-07-2026, 10:30
İlham Əliyevin Çolpon-Ata şəhərində rəsmi qarşılanma mərasimi olub
30-07-2026, 19:57
İlham Əliyev Qırğızıstan, Özbəkistan və Tacikistan prezidentləri ilə birlikdə Çolpon-Ata şəhərində Qolf Klubun açılışında iştirak edib
22-07-2026, 08:51
Güclü media etibarlı informasiya təminatını həyata keçirən vacib institutdur-Könül Nurullayeva
21-07-2026, 18:09
İlham Əliyevin Berlində rəsmi qarşılanma mərasimi keçirilib
15-07-2026, 20:10
Şuşa Qlobal Media Forumu reallıqların beynəlxalq ictimaiyyətə çatdırılmasına imkanı yaratdı-Könül Nurullayeva
13-07-2026, 23:40
İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib
11-07-2026, 16:26
İlham Əliyev Şuşanın Kiçik Qaladərəsi kəndində görülən işlərlə tanış olub və kəndə qayıdan sakinlərlə görüşüb
10-07-2026, 20:58
İlham Əliyev bir sıra beynəlxalq qurumların rəhbər şəxslərini qəbul edib
3-07-2026, 21:27
Emin Ağalarovdan Leyla Əliyevaya ad günü təbriki - Video
2-07-2026, 00:00
İlham Əliyev və Avropa Komissiyasının Prezidenti mətbuata bəyanatlarla çıxış ediblər
29-06-2026, 19:15
Leyla və Alyona Əliyevalar festivalda - Fotolar
23-06-2026, 17:30
Türkmənistan Prezidentinə Qarabağ atı hədiyyə edilib
15-06-2026, 14:06
Milli Qurtuluş Günü: Azərbaycanın xilasa aparan dönüş nöqtəsi