18:09 / 11-10-2026
Çayda avtomobil batdı
Bütün xəbərlər
Uşaqlarını boğmaqla hədələyən aqressiv qadın saxlanılıb
Tarix: 11-10-2026 18:59 | Bölmə: Cəmiyyət


 Rosqvardiya əməkdaşları Moskvanın cənubundakı supermarketin yaxınlığında iki azyaşlı uşağını boğmaq istəyən aqressiv ananı saxlayıblar. Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə agentliyin Moskva ofisi məlumat verib.
Qeyd olunur ki, patrul xidmətində olarkən heyət Çertanovskaya küçəsindəki supermarketdən həyəcan siqnalı alıb.Gələn hüquq-mühafizə orqanlarının əməkdaşları mağazanın yaxınlığında iki yaşlı oğlu və körpəsi olan bir qadını uşaq arabasında görüblər.
Qadın aqressiv davranaraq ədəbsiz ifadələr işlədib və körpəyə zərər verəcəyi ilə hədələyib.O, həmçinin böyük uşağı zorla kiçik uşağı üzərinə sıxaraq nəfəs almasını çətinləşdirib.Rosqvardiya əməkdaşları dərhal müdaxilə edərək ananın təhlükəli hərəkətlərini dayandırıb və onu saxlayıblar.
MƏLUMATDA DEYİLİR.
Qadının 35 yaşlı Krım sakini olduğu müəyyən edilib.O, əlavə araşdırma üçün polisə təhvil verilib.
Uşaqların həyatı təhlükədə deyil.



Baxış sayı: 38


Bölməyə aid digər xəbərlər