Bütün xəbərlər
Kallas: "AB Qırmızı dəniz əməliyyatı üçün gəmilər yığa bilmir"
Tarix: 12-10-2026 22:22 | Bölmə: Manşet

 "Avropa Birliyi Qırmızı dənizdə Aspides dəniz missiyası üçün gəmilərin cəlb edilməsində çətinlik çəkir". 
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə AB diplomatik xidmətinin rəhbəri Kaja Kallas Lüksemburqda AB xarici işlər nazirlərinin görüşündən sonra keçirilən mətbuat konfransında bildirib.
"Bəli, bu əməliyyat üçün bizə ən azı 10 gəmi lazımdır, amma biz hələ də orada deyilik.Əgər AB regionda ciddi qəbul edilmək istəyirsə, bunu etməlidir".
O bildirib.
Kallas əlavə edib ki, müxtəlif AB ölkələrindən alyansa gəmilərin qatılması ilə bağlı bir neçə təklif alınıb.
Avropalı diplomatların görüşdən kənarda verdiyi məlumata görə, Aİ ölkələri Qırmızı dənizdə artıq yerləşdirilən altı hərbi gəmiyə əlavə olaraq bölgəyə daha iki hərbi gəmi göndərmək imkanını müzakirə ediblər, lakin konkret qərar qəbul edilməyib.
Kallas daha əvvəl qeyd edib ki, Səudiyyə Ərəbistanı Aİ-ni Qırmızı dənizdə təhlükəsizliyi daha fəal şəkildə təşviq etməyə və Bab əl-Məndəb boğazından keçən gəmilər üçün müşayiət xidmətləri göstərməyə çağırıb. Onun sözlərinə görə, Aİ bununla maraqlanır, lakin hələlik lazımi imkanlara malik deyil. Aİ bu ilin yazından bəri Qırmızı dənizdə ticarət gəmilərini müşayiət edə bilən ən azı dörd hərbi gəmi axtarır, lakin bu, nəticəsiz qalıb.



Baxış sayı: 35


Bölməyə aid digər xəbərlər