Bütün xəbərlər
Panama zəlzələsində 6000-dən çox insan xəsarət alıb
Tarix: 13-10-2026 09:26 | Bölmə: Dünya

 "Panama zəlzələsində 6000-dən çox insan xəsarət alıb, lakin itki olmayıb". 
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə Panama Prezidenti Xose Raul Mulino xalqa müraciətində bildirib.
Onun sözlərinə görə, mütəxəssislər hələ zəlzələnin vurduğu ziyanın qiymətləndirilməsini başa çatdırmayıblar. Dövlət başçısı həmçinin vətəndaşları yalnız rəsmi məlumatlara etibar etməyə və şayiələr yaymaqdan çəkinməyə çağırıb.
Bu günə qədər 1744 ev yoxlanılıb və 6174 nəfər zərər çəkib. Bu rəqəm yoxlamalar davam etdikcə yenilənəcək.
O, ölkə əhalisini əmin edib ki, hakimiyyət orqanları ehtiyacı olanlara kömək etmək üçün lazım olan resursları əsirgəməyəcək. Dövlət başçısı zərər çəkmiş ərazilərə artıq ərzaq və içməli suyun çatdırıldığını bildirdi. Elektrik xətlərinin, yolların və körpülərin bərpasına başlanılıb. Bundan əlavə, hakimiyyət orqanları mənzil təmiri üçün materiallar təmin edəcək və yeni evlərin tikintisi üçün yerli podratçıları cəlb edəcək.
Əvvəllər Panamada 6,4 bal gücündə zəlzələ baş verdiyi bildirilirdi. Zəlzələnin episentri Sakit okean sahillərində, Veraguas və Çiriqui əyalətləri yaxınlığında, 5 kilometr dərinlikdə yerləşib. Bir neçə gün əvvəl isə 7,2 bal gücündə zəlzələ baş verib.



Baxış sayı: 43


Bölməyə aid digər xəbərlər