18:09 / 11-10-2026
Çayda avtomobil batdı
Bütün xəbərlər
Şəhidin adını daşıyan "Sumqayıt-Xəzər" FK ilk start oyununda qalib gəldi-VİDEO+FOTOLAR
Tarix: 12-10-2026 13:20 | Bölmə: Reportaj

2-ci Vətən Müharibəsi Qəhrəman şəhidimiz, kəşfiyyatçı-snayperçi "Şahin göz" ləqəbli gizir Nəsibov Elmar Şirzad oğlunun əziz xatirəsinə yaradılan "Sumqayıt-Xəzər" FK komandasının AFFA bayrağı altında keçirilən Şimal Regional Futbol Federasiyasının II dövrəsində, Azərbaycan Çempionatındakı ilk oyunu start götürdü.

Oyundan qabaq Mehdi Hüseynzadə adına stadionun konfrans zalında məşqçilərimiz, komandamızın üzvləri və balaca "şahinlərimiz" ilə görüşümüz baş tutdu. Görüşdə qəhrəman şəhidimiz Elmar qardaşımızın anası xeyir-dua verərək futbol komandamıza və bütün kollektivə uğurlar arzu etdi.O, göstərdikləri diqqət və dəstəyə görə Şimal Regional Futbol Federasiyasının rəhbəri Fərhad Həsənova, "Sumqayıt" FK rəhbəri Riad Rəfiyevə, "Azərkimya" İstehsalat Birliyinin rəhbərliyinə, Elnur Məmmədliyə, Aydın Xəlilova, klubumuzun Hüquq Departamentinin rəhbəri,

                           

27 illik vəkillik fəaliyyəti olan Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü Mehdi Cəlalzadəyə, klubumuzun İctimaiyyətlə Əlaqələr Şöbəsinin katibi – Əziz Əzizova, "Like"Group Reklam Şirkətinin rəhbəri Yusif müəllimə, klubumuzun baş meneceri Səbuhi Cəlalzadəyə, məşqçilərimiz – baş məşqçi Musa Rəhimova və Nicat Tağıyevə, eləcə də klubumuza informasiya dəstəyi göstərən "Sabaha-inamla.az" saytının rəhbəri Namiq Məmmədliyə və "Sumqayıt" qəzetinin baş redaktoru Sübhan Quliyevə dərin təşəkkürünü bildirdi.

Meydana böyük əzm və yüksək ruh yüksəkliyi ilə çıxan balaca "şahinlərimiz" ilk dəqiqələrdən etibarən inamlı, alovlu və əzmkar oyun nümayiş etdirərək möhtəşəm bir qələbəyə imza atdılar!
AFFA bayrağı altında keçirilən Şimal Regional Futbol Federasiyasının II dövrəsi, Azərbaycan Çempionatı:
"Sumqayıt-Xəzər" FK 5:2 "Ərgünəş" FK
                              

Bu parlaq qələbə şəhidimizin adını və xatirəsini daim uca tutacaq gələcək böyük uğurlarımızın ilk addımıdır. Ruhun şad olsun, Qəhrəman şəhidimiz — balaca "şahinlərin" sənin adını hər zaman zirvələrdə yaşadacaq!

NamiqMəmmədli
Sabaha-inamla.az















Baxış sayı: 42


Bölməyə aid digər xəbərlər