Bütün xəbərlər
Almaniya, İtaliya və Belçika AK qərarlarının dayandırılması üçün mexanizmin yaradılmasını tələb ediblər
Tarix: 13-10-2026 09:18 | Bölmə: Dünya

 Almaniya, İtaliya və Belçika liderləri Avropa Şurasının prezidenti António Costaya məktub göndərərək Avropa normalarının və Avropa Komissiyasının qərarlarının tətbiqi üçün Avropa Birliyi daxilində "dayanma mexanizmi"nin yaradılmasını təklif ediblər.
 Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə "Politico" məlumat verib.
Təşəbbüs Almaniya kansleri Fridrix Merz, İtaliya Baş naziri Corcio Meloni və onun belçikalı həmkarı Bart De Vever tərəfindən dəstəklənib.
Avropa Birliyinin rəqabət qabiliyyətini artırmaq üçün "təcili dayanma mexanizmi"nə ehtiyacı var. Avropa paytaxtları Brüsseldən gələn yeni qaydaları dayandıra bilməlidirlər.
Dayandırmanın "milli hökumətlər və biznes üçün çox çətin" olan AK qərarlarına şamil ediləcəyi vurğulanır. Liderlər həmçinin AB-də kiçik və orta sahibkarlıq subyektlərinə inzibati yükün sürətlə azaldılmasına çağırdılar.
6 oktyabrda AK-nın bütün üzv dövlətlər tərəfindən yekdilliklə təsdiqlənməsi tələb olunan AB məsələlərinin sayını azaltmaq təşəbbüsü irəli sürdüyü bildirildi.




Baxış sayı: 39


Bölməyə aid digər xəbərlər