18:09 / 11-10-2026
Çayda avtomobil batdı
Bütün xəbərlər
Polşa Baş nazirə qarşı sui-qəsd təhdidini araşdırır
Tarix: 11-10-2026 18:56 | Bölmə: Dünya


Polşa hüquq-mühafizə orqanları Polşa Baş naziri Donald Tuska və müdafiə naziri Vladislav Kosiniak-Kamışa qarşı mümkün sui-qəsd cəhdi barədə məlumat alıb. 
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki,  bu barədə Daxili İşlər Nazirliyinin sözçüsü Karolina Qaletska sosial media platformasındakı X səhifəsində bildirib.
Bununla əlaqədar olaraq, o, Daxili Təhlükəsizlik Agentliyində Daxili İşlər Nazirliyinin tabeliyində olan xidmətlərin nümayəndələrinin görüşü elan edib.
Polşa polisi Baş nazir Donald Tuska, eləcə də Baş nazirin müavini və Milli Müdafiə naziri Vladislav Kosiniak-Kamışa və Xüsusi Xidmətlər üzrə nazir-koordinator Tomaş Siemonyaka qarşı mümkün sui-qəsd cəhdi ilə bağlı məlumat alıb.
Polşa Televiziyasının məlumatına görə, polis planlaşdırılan sui-qəsd barədə məlumatı elektron poçt vasitəsilə alıb.Mütəxəssislərin hazırda mesajın göndərildiyi serverdən məlumatları təhlil etdiyi bildirilir.
Avqust ayında Polşada Polşanın Baş naziri və Vətəndaş Koalisiyası partiyasının sədri Donald Tuska, eləcə də Hüquq və Ədalət partiyasının sədri Yaroslav Kaçinskinin sui-qəsdinə çağırış etdiyinə görə bir nəfər həbs olunub.Bundan əvvəl isə Kiyev rejiminin lideri Vladimir Zelenskinin sui-qəsdinə çağırış etdiyinə görə başqa bir polyak həbs olunub.




Baxış sayı: 34


Bölməyə aid digər xəbərlər