Bütün xəbərlər
Səudiyyə Ərəbistanı hakimiyyəti Ər-Riyadda potensial təhlükə barədə xəbərdarlıq edib
Tarix: 12-10-2026 22:51 | Bölmə: Dünya



Səudiyyə Ərəbistanı Mülki Müdafiə Baş İdarəsi Ər-Riyadda potensial təhlükə barədə xəbərdarlıq edib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Ər-Riyadda Fövqəladə Hallar üzrə Milli Erkən Xəbərdarlıq Platforması təhlükə xəbərdarlığı verib.
Bəyanatda deyilir:
Sakinlərə rəsmi təlimatlara əməl etmələri tövsiyə olunur.
Bir gün əvvəl Yəmən Ənsar Allah (Husi) hərəkatı Səudiyyə Ərəbistanında Ər-Riyad və Dammam hava limanlarına hücumlar elan edib.Husilər tərəfindən raket və pilotsuz təyyarə hücumlarında Saudi Aramco neft obyektləri də hədəfə alınıb. 11 oktyabrda paytaxt hava limanına edilən hücumda bir nəfər həlak olub, 11 nəfər yaralanıb. 10 oktyabrda Ər-Riyad hava limanına edilən hücumda ən azı 12 nəfər həlak olub, 300-dən çox insan yaralanıb.



Baxış sayı: 38


Bölməyə aid digər xəbərlər